"Yeganə" şadlıq sarayına 10 min manat cərimə kəsildi

img

24-10-2019 [17:31]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Yegane Tourism and Production" MMC-nin barəsində inzibati protokol tərtib edib.

Binəqədi Rayon Məhkəməsi bu protokla əsasən şirkəti İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə) maddəsi ilə təqsirli bilib və 10500 manat cərimə edilməsi barədə qərar çıxarıb.

Məhkəmənin 15 avqust 2019-cu il tarixli qərarından MMC-nin direktorunun verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Turuzm şirkəti olan "Yegane Tourism and Production" MMC-nin ünvanı kimi "Yeganə" şadlıq sarayı göstərilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA