Deputatlarımız rahat söyüş söyə, hərəkət edə və geyinə biləcək - Milli Məclis

img

02-09-2013 [15:13]



"Deputatların etik davranış kodeksi”nin müzakirəsi artıq gözlənilmir. Qanun layihəsinin hazırlanması işi belə dayandırılıb. 

Mia.az "Modern.az"a istinadən xəbər verir ki, bir müddət öncə Milli Məclisdə deputatların ictimai yerlərdə davranışları, hərəkətləri, o cümlədən geyimləri ilə bağlı etik davranış kodeksinin hazırlanacağı bildirilirdi. 

Hətta bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsində qanun layihəsinin hazırlanması nəzərdə tutulurdu. 

Qeyd edək ki, Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Siyavuş Novruzov açıqlamasında bildirmişdi ki, millət vəkillərinin etik davranış kodeksi hazırlanmamışdan öncə beynəlxalq təcrübə öyrəniləcək. "Bütün bunları öyrənəndən sonra Hüquq siyasəti və dövlət quruculuğu Komitəsində qanun layihəsi hazırlanacaq. Yəqin ki, müzakirələrdən sonra həmin qanun layihəsi Milli Məclisə tövsiyyə olunacaq. Nə qədər imkan varsa, nə vaxta çatdırsaq, sənəd də onda müzakirəyə çıxarılacaq”. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də qeyd etmişdi ki, deputatların davranış kodeksi ayrıca layihə kimi qəbul edilə bilər. "Ya da bu, "Deputat statusu haqqında" qanunda yer ala bilər”. Bu açıqlamanın ilk dəfə səsləndiyi iclasda Ə. Hüseynli məsələnin Milli Məclisin payız sessiyasının gündəliyinə salınmasını təklif etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA