ARDNŞ-in anormal əmri icraya yönəldildi

img

02-09-2013 [14:44]


Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abudullayevin əmək qanunvericiliyinə sığmayan əmri şirkət onun tabeliyindəki müəssisələrdə sərt etirazla qarşılanıb. Lakin rəhbərlik narazılığa məhəl qoymadan əmri icra etmək məcburiyyətində olduqlarını deyir.

 Bu barədə mia.az-a məlumat verən ARDNŞ əməkdaşlarının sözlərinə görə, artıq bir neçə həftədir məcburi iməcliyə cəlb olunublar: «ARDNŞ rəhbərliyi 14 iyul 2013- il tarixində 97 saylı əmr imzalayıb. Əmrə əsasən, şirkətin bütün işçiləri şənbə bazar günləri məcburi iməcliyə cəlb olunmalıdır. Əmri anormal edən digər bir məqam isə «İməclikdə iştirak etməyənlər cəzalandırılacaqlar» sözüdür.  İşçilərin etiraz etməsinə baxmayaraq, müəssisə rəhbərliyi çarəsiz olduqlarını deyirlər. Onlar bildirirlər ki, buna görə dərhal vəzifələrindən azad olunarlar. Şirkət rəhbərliyinin bu əmri isə ağır işlərdən sonra bizim istirahət hüquqlarımızı məhdudlaşdırmaqdan başqa bir şey deyildir».

 Onu da qeyd edək ki, ARDNŞ-in tabeliyində olan «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları da Nəsimi rayonunda məcburi iməcliyə cəlb olunublar. İməclikdə heç bir əməkdaşa güzəşt olunmayıb. Hətta gecə növbəsinə çıxan işçilər məcburi qanunsuz əməyə cəlb olunublar.

 Bununla bağlı «Azəriqaz»ın hüquqşünası Rəşad Əliyev əməyin muhafizəsi şöbəsinin rəhbəri İlqar Yunusovla əlaqə yaratmaq cəhdlərimiz fayda verməyib. Amma araşdırma zamanı öyrəndik ki, ARDNŞ-in 97 saylı əmri «Azəriqaz» rəhbərliyini ruhlandırıb.

Belə ki, «Azəriqaz» rəhbərliyi ARDNŞ-in əmrindən düz on gün sonra, yəni 24 iyulda işçilərin məcburi iməcliyə cəlb olunmaları ilə əlaqədar 512 saylı əmr verib. 

Ümid edirik ki, ARDNŞ «Azəriqaz» rəhbərliyi məcburi əməyə cəlbin hansı qanunlarla tənzimlənməsi haqda münasibətlərini açıqlayacaqlar ("Reytinq” qəzeti).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA