Xərçəng və qocalmanın qarşısını alan maddə kəşf edilib - Fransız alimlərdən şok iddialar

img

24-10-2019 [10:35]


"Pasteur İnstitutu”nun fransız alimləri "GDF11” zülalının qocalmağa qarşı mübarizə apardığını və bədəni xərçəngdən qoruduğunu təsbit ediblər.

RİA Novosti xəbər verir ki, onların araşdırmalarının nəticələri MedicalXpress portalında dərc olunub.

Alimlər siçanlar üzərində bir neçə təcrübə aparıblar.

Mütəxəssislər, "GDF11”in ürək xəstəliyi və xərçəngin qarşısının almasında təsirli olduğunu, pəhriz təsiri göstərdiyini müəyyən ediblər. Bundan əlavə, protein inyeksiyaları qoca gəmiricilərin beynindəki qan damarlarının bərpasına və neyrogenezin artmasına səbəb olub.

"Bu məlumatlar "GDF11”-in piylənmə və neyrodejenerativ xəstəliklər kimi bəzi metabolik xəstəliklərin müalicəsində istifadəsi fikrini təşviq edir və dəstəkləyir” - deyə professor Pyer-Mari Ledo bildirib/Report. .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA