RAMİZ MEHDİYEV PA RƏHBƏRİ VƏZİFƏSİNDƏN ÇIXARILDI - Prezident orden verdi

img

23-10-2019 [16:15]


Bu gün Prezident İlham Əliyev daha iki sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif olunub.

Prezidentin başqa bir sərəncamı ilə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilib.

Sərəncama əsasən, Ramiz Mehdiyevin adı Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibinə daxil olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA