Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

img

22-10-2019 [12:08]


Oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.

Mia.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-22, Bakıda gecə 14-16, gündüz 20-22 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 23-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və şərq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA