Nazirlikdən meteohəssas insanlara xəbərdarlıq

img

02-09-2013 [12:58]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 6-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü , sentyabrın 2-də 5-də güclü xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Sentyabrın 3-də Azərbaycanın gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA