Bakıda və rayonlarda yağış yağacaq - Proqnoz açıqlandı

img

18-10-2019 [13:06]


Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər zəif duman olacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Mia.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 22-25, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28,dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA