Gəncədə doğuş zamanı körpə ölüb

img

17-10-2019 [16:19]


Gəncədə uşaq ölümü qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Şəhər Səhiyyə İdarəsinin Regional Perinatal Mərkəzində baş verib.

Belə ki, Göygöl rayonun Quşqara kənd sakini doğuş üçün xəstəxanaya gətirilib. Xəstəxanaya yerləşdirilən qadını dərhal müayinə ediblər. Həkimlərin səyinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb. Ananın vəziyyəti isə normaldır.

Xəstənin yaxınlarının sözlərinə görə, körpənin ölümünə həkim məsuliyyətsizliyi səbəb olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA