Zümrüd Yağmur və qızından Zakir Qaralova müraciət: "Fuad Qəhrəmanlıdan şikayətçi deyilik" + Sənəd

img

16-10-2019 [20:50]


AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının keçmiş xanımı Zümrüd Yağmur və övladları Baş Prokurorluğa müraciət edib. 

Mia.az xəbər verir ki, onlar müraciətlərində Fuad Qəhrəmanlıdan şikayətçi olmadıqlarını yazıblar: 

"Bildirirəm ki, nə mənim, nə də qızlarım Selcan və Sənayın Qəhrəmanlı Fuad Əli oğluna qarşı heç bir şikayət və tələbim yoxdur, gələcəkdə də olmayacaq".

Xatırladaq ki, Baş Prokuroluq ailə zorakılığına yol verdiyi barədə iddiaları əsas gətirərək Fuad Qəhrəmanlı barəsində müvafiq maddələrlə cinayət işi başlayıb.


 yenisabah.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA