Rüstəm İbrahimbəyov daha bir məhkəmədə uduzdu - vergi qalmaqalı

img

01-09-2013 [14:37]


Prezidentliyə namizədliyi qeydə alınmayan və bununla bağlı keçirilən məhkəmə prosesində «yox» cavabı alan Milli Şuranın sədri Rüstəm İbrahimbəyov daha bir məhkəmə prosesindən məğlub ayrılıb.

Belə ki, İbrahimbəyovun «İbrus» kinoşirkəti ilə Vergilər Nazirliyi arasında Bakı Apellyasiya Məhkəməsində başlamış məhkəmə prosesi bir neçə gün əvvəl yekunlaşıb və bir daha onun şikayəti rədd olunub. 

Mia.az «Reytinq» qəzetinin bugünkü sayına istinadən xəbər verir ki, Milli Şuranın sədri R.İbrahimbəyovun sahibi olduğu "İbrus Kinoşirkəti” MMC də Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən yoxlamaya məruz qalıb. Və nazirlik MMC-nin xeyli məbləğdə vergidən yayınma faktı aşkarladığını sənədləşdirib. İbrahimbəyov isə bu iddiaları qəbul etmədiyindən məhkəməyə müraciət edib.

 Aldığımız məlumata görə, səyyar vergi yoxlaması əsasında qəbul edilmiş akt və qərarın ləğv edilməsi, həmçinin vergi kimi ödənilmiş məbləğin geri qaytarılması tələbi ilə məhkəməyə üz tutan Rüstəm İbrahimbəyova 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə olduğu kimi, bir neçə gün əvvəl yuxarı məhkəmə instansiyasında da rədd cavabı verilib: «Rüstəm İbrahimbəyovun sahibi olduğu "İbrus Kinoşirkəti” birinci məhkəmə instansiyasının qərarından verdiyi şikayətə avqustun 29-da baxıldı. Həmin günü Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxladı. Bu isə o deməkdir ki, İbrahimbəyovun ümidi Ali Məhkəməyə qaldı».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA