Ziya Məmmədov şirkətin əmlakının üzərinə həbs qoydurdu - məhkəmə

img

01-09-2013 [14:32]



Nazir Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi ilə «TAC» MMC-nin sahibləri arasında daşınar əmlakla bağlı növbəti məhkəmə prosesi də keçirilib.

Mia.az-a daxil olan məlumata görə, Nəqliyyat Nazirliyi ilə adıçəkilən MMC arasında yaranmış pul mübahisəsi səbəbindən nazir Ziya Məmmədov sərt tədbirlərə əl atılmasına göstəriş verib. Belə ki, nazirin göstərişi ilə «Tac» MMC-nin sərəncamında olan avtomobillərin müsadirə olunması qərara alınıb. Bunun üçün də Nəqliyyat Nazirliyinin müvafiq şöbəsi məhkəmədə iddia qaldırıb.

 Məlumata görə, Nəqliyyat Nazirliyi məhkəmə vasitəsiylə avtomobillərin üzərinə həbs qoydurması isə qarşı tərəfin də sərt narazılığa səbəb olub. Bunun üçün də onlar Yasamal rayon Məhkəməsinin daşınar əmlakın üzərinə həbsi qanuniləşdirən qərardadının ləğv olunması məqsədiylə şikayət veriblər. Ancaq Bakı Apellyasiya Məhkəməsində keçirilən proses də Nəqliyyat Nazirliynin xeyrinə başa çatıb.

 «TAC» MMC-nin şikayətinin Bakı Apellyasiya Məhkəməsində hakim Saqi Məmmədovun sədrliyi ilə araşdırıldığını mia.az-a deyən mənbənin sözlərinə görə, avqustun 28-də hakim Saqi Məmmədov qərarını açıqlayıb: «O, Yasamal rayon Məhkəməsinin qərardadını qüvvədə saxlayıb. Bu isə o deməkdir ki, artıq qərardad artıq qanuni qüvvəyə minib. Yəni Ziya Məmmədov istənilən vaxt MMC-nin əmlakını ələ keçirə bilər. İndi ümid Ali Məhkəməyə qalıb. Amma razılaşaq ki, Ali Məhkəmənin Ziya Məmmədovun əleyhinə qərar verəcəyi də inandırıcı deyil». 

/p

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA