“Azıx” İctimai Birliyinin rəhbərliyi Füzulinin icra başçısı ilə görüşüb

img

31-08-2013 [14:01]


"Azıx” İctimai Birliyinin rəhbərliyi Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüb. Görüşdə son dövrlər rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərindən söhbət açılıb, təhsil sahəsində əldə edilən uğurlar haqqında fikir mübadiləsi aparılıb. Bu barədə "Qafqazinfo”ya birliyin sədri Tağı Kərimli məlumat verib.

Onun sözlərinə görə, görüşdən sonra Horadiz şəhərində aparılan quruculuq-abadlıq işləri ilə yaxından tanış olublar: "Bizim rayona işgüzar səfərimiz çox maraqlı oldu. Rayon rəhbərliyi ilə görüşdük. Alı müəllimin qəbulunda olduq. Çox səmimi söhbətlər apardıq. Sonra rayonda aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olduq. Horadiz şəhəri və ətraf kəndlər çox dəyişilib. Kəndarası yollara yeni asfalt örtüyünün çəkildiyinin şahidi olduq.”

Səfər çərçivəsində raynun tarixi abidələrini ziyarət etdiklərini söyləyən Tağı Kərimli gələcəkdə rayonun həm işğal olunmuş, həm də işğaldan azad olunmuş ərazilərində olan tarixi abidələrlə bağlı bir sıra layihə həyata keçirəcəklərini qeyd etdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA