İlham Əliyev müəllimlərin maaşlarını, tələbə və doktorantların...təqaüdlərini artırdı

img

30-08-2013 [19:33]


Bu gün prezident İlham Əliyev müəllimlərin maaşlarını, tələbə və doktorantların və bu kateqoriyadan olanların təqaüdlərinin artırılması haqda yeni sərəncamlar imzalayıb.

Mia.az sərəncamları olduğu kimi təqdim edir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın.

***

Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıDoktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı :

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:

1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:

1.1. Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 220 manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 120 manat

1.2. Ali təhsil müəssisələrində:

adlı təqaüd alan tələbələrə – 120 manat
magistr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 105 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 85 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 55 manat
bakalavr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 95 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 80 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 50 manat

1.3. Orta ixtisas təhsili müəssisələrində:

əla qiymətlərlə oxuyan tələbələrə – 50 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 40 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 35 manat

1.4. İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə – 35 manat

2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

3. "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (3-cü hissəsi istisna olmaqla) ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA