Namazovun müavini 4 saatlıq dindirmədən sonra buraxıldı

img

30-08-2013 [19:30]


"El” hərəkatının sədr müavini Köçəri Nağıbəylinin Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilməsi başa çatıb.

Bu barədə APA-ya Milli Şuranın üzvü Zəfər Quliyev məlumat verib. O qeyd edib ki, K. Nağıbəyli 4 saat davam edən dindirmədən sonra bu dəqiqələrdə idarəni tərk edib.

Qeyd edək ki, idarənin müstəntiqi Orxan Dəmirli K. Nağıbəylini fadə vermək üçün bu gün saat 14-00 da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edib.

Ötən gün "El” hərəkatının sədri Eldar Namazov Əflan İbrahimovun müraciəti əsasında Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 4 saat ifadə verib.

Ə. İbrahimov kütləvi informasiya vasitələrinə açıqlamasında Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA