Məhkəmə də Rüstəm İbrahimbəyova "yox" dedi

img

30-08-2013 [19:28]



Bu gün Bakı Apellyasiya Məhkəməsində Rüstəm İbrahimovun Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Vəkil Fuad Ağayevin APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. 

Qeyd edək ki, MSK R. İbrahimbəyovun prezidentliyə namizədliyini qeydə almayıb. Buna əsas səbəb kimi isə onun Rusiya vətəndaşı olması əsas götürülüb. Həmin qərardan narazı qalan R. İbrahimbəyov isə MSK-ya qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Ərizədə qərarın ləğvi istənilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA