""Keşikçi Dağ"la bağlı hər addımda məsuliyyətli olun" - Baş nazir

img

10-10-2019 [10:39]


"Sabah David Qareci (Keşikçi Dağ) kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açıq olacaq”.

Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

"Təəssüflər olsun ki, Gürcüstan və Azərbaycan arasındakı sərhəddə razılaşdırılmamış sahələr var. Bu, bizim postsovet irsimizdir və problem 25 il ərzində həll olunmayıb”, deyə hökumət başçısı vurğulayıb.

Baş nazir qeyd edib ki, "Keşikçi Dağ" məsələsində mərhələli şəkildə ciddi nailiyyətlər əldə edilməlidir.

G.Qaxaria Gürcüstan vətəndaşlarını "Keşikçi Dağ" məsələsi ilə bağlı hər bir addım və sözdə məsuliyyətli və ehtiyatlı davranmağa çağırıb: "Vətənə qarşı sevgi və vətənpərvərlik yalançı vətənpərvərlik ifadələri və düşünülməmiş addımlar demək deyil”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA