Zərdabda şəhid anası işdən çıxarıldı, şəhidin qardaşı YAP-dan istefa verdi-EKSKLÜZİV

img

30-08-2013 [15:40]


Zərdab rayon Məlikumudlu kənd sakini,YAP üzvü, Şıxəliyev Nurlan Nəsir oğlu YAP-ın sədr müavini Ə.Əhmədovun adına ərizə yazıb. MİA-ya daxil olan ərizədə bildirilir ki, şəhid ailəsi kimi (qardaşım Şıxəliyev Pərviz Nəsir oğlu Qarabağ döyüşlərində şəhid olmuşdur) onlara haqsızlıq edilib: "Belə ki, Məlikumudlu kənd icra nümayəndəliyində xadimə işləyən anam Şıxəliyeva Zinyət Əsgər qızı aldadılaraq işdən azad edilmişdir.Anamın yerinə gəlinin təyin ediləcəyinə söz verərək aldatmışlar. Əslində anam işdən xaric olunmaq üçün ərizə verməmişdir. Ərizəni onun adından aldadaraq mənə yazdırmışlar. Bundan başqa bizim ailəyə məxsus pay torpağının bir hissəsin Məlikumudlu bələdiyyəsi tərəfindən satılmışdır. Mən şıxəliyev Nurlan Nəsir oğlu YAP-ın 2008-ci ildənüzvüyəm. Keçən ilin yanvar ayından bu haqsızlıqla bağlı müxtəlif dövlət təşkilatlarına müraciət etmişəm. Buna baxmayaraq heç bir nəticə olmamışdır. Hətta rayon icra hakimiyyətinin başçısının qəbuluna məni və anamı buraxmamışlar. İcra hakimiyyətində müavin A.Səfərov, iqtisadiyyat şöbəsinin müdiri Pərvin xanıma, hüquq şöbəsinin müdiri X.Babayevin qəbulunda olmuşuq.Onlar bizə işin ötüb keçdiyini deyərək bizə heç bir kömək göstərməmişlər. Hüquqlarımı yaxşı bilmədiyimdən və dövlət orqanlarının mənim hüquqlarımı müdafiə edəcəklərinə arxayın olduğumdan indiki çıxılmaz vəziyyətə düşmüşəm. Bunları başa düşdükdən sonra belə qərara gəldim ki, mənim belə bir iqtidar partiyasında (YAP-da) təmsil olunmağım mümkünsüzdür. Ona görə ki, bu cür haqsızlıqlara qarşı YAP heç bir tədbir görməmişdir. Odur ki, mənim anama, şəhid anası Şıxəliyeva Zinyət Əsgər qızına olan haqsızlıqlara etiraz olaraq Məni YAP-dan imtina edirəm.Vəsiqə №467722.

İmza: Şıxəliyev Nurlan Nəsir oğlu

29.08.2013

***

Ərizənin surəti YAP Zərdab rayon təşkilatının sədri P.Mahmudovaya və Kütləvi informasiya vasitələrinə göndərilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA