Əli Həsənov Cəmil Həsənlinin təriflədi: "...müsbət imici var, amma müxalifət onu oyuna salıb"

img

30-08-2013 [14:16]


"Hazırda bütün dünya Azərbaycan iqtidarının qazandığı uğurlardan və müxalifətin isə uğursuzluğundan danışır. Onların yerinə biz utanırıq”. Bu sözləri baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərlə İşləri üzrə Dövlət Komitəsinin sədri, YAP sədrinin müavini Əli Həsənov Qubadlının işğalının 20-ci ildönümü ilə bağlı "Şəhriyar” Mədəniyyət Sarayında keçirilən anım tədbirində söyləyib.

Əli Həsənov müxalif qüvvələrin birləşdiyi Milli Şuranın prezidentliyə yeni vahid namizədi Cəmil Həsənli barədə də danışıb. O, Cəmil Həsənlini müsbət imici olan tanınmış elm adamı kimi xarakterizə etməklə yanaşı, onun müxalifətin oyununa salındığını vurğulayıb.

Ə.Həsənovun sözlərinə görə, Milli Şura namizədliyini verməklə Cəmil Həsənli kimi abırlı-həyalı elm adamını pis vəziyyətə salacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA