İtkin düşən dörd balıqçıdan üçü xilas edilib

img

09-10-2019 [10:53]


Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dəni­zinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.

DSX-dan Mia.az-a verilən məlumata görə, sentyabrın 8-də saat 10:20 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərdə idarəetmə mərkəzindən DSX-nin Sahil Mühafizəsinə 02.10.2019-cu il tarixdə dənizə çıxmış SA-1672 bort nöm­rəli 4 nəfər heyət üzvü olan bayda tipli üzmə vasitəsi ilə 07.10.2019-cu il saat 16:00 radələrindən sonra əlaqənin kəsilməsi barədə məlumat daxil olub.

Bu məlumat alındıqdan dərhal sonra dövlət sərhədinin mühafizə­sində olan sərhəd gözətçi gəmilərinə axtarış barədə tapşırıqlar verilib və əraziyə yaxın fəaliyyət göstərən bütün üzmə vasitələri məlu­matlan­dırılıb. 

Aparılan birgə axtarış tədbirləri nəticəsində itmiş qayığın 3 nəfər heyəti aşkar olunaraq xilas edilib və sentyabrın 9-da saat 00:55 radələrində dənizdə dövlət sərhədinin mühafizəsində olan "Şahdağ" tipli gə­minin bortuna götürülüb. 

Xilas edilən balıqçılar ilkin tibbi yardım göstərilərək isti geyim və qida ilə təmin olunub, saat 07:10 radələrində Sahil Mühafizəsinin ba­za­sına gətiriliblər. Xilas edilən şəxslərin Neftçala rayonu sakinləri 1980-ci il təvəllüdlü Babayev Valeh Vidadi oğlu, 1975-ci il təvəllüdlü Cəfərov Elbrus Yəhya oğlu, 1971-ci il təvəllüdlü Əhmədov Aqil Şamil oğlu olmaları müəyyən edilib. 

Üzmə heyətinin digər üzvü Neftçala rayo­nu­nun sakini 1976-cı il təvəl­lüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları hal-hazıradək nəticə verməyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA