Baş Prokurorluq Eldar Namazovla bağlı məlumat yaydı

img

29-08-2013 [15:47]


Baş Prokurorluğun mətbuat xidməti "El” hərəkatının rəhbəri Eldar Namazovla bağlı məlumat yayıb. Bildirilib ki, "EL” hərəkatının rəhbəri Eldar Namazov Əflan İbrahimovun müraciəti əsasında Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan araşdırmalarla bağlı izahatının alınması məqsədi ilə həmin idarəyə dəvət edilib.

Qeyd edək ki, Ə.İbrahimov kütləvi informasiya vasitələrində "Milli Şura”nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması,o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA