ABŞ səfirliyindən Xədicə İsmayılla bağlı bəyanat

img

29-08-2013 [13:56]


ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Xədicə İsmayılla ilə bağlı bəyanat yayıb.Bəyanatda jurnalistə qarşı təqiblər pislənib:

"Əvvəl qeyd etdiyimiz kimi Amerika Birləşmiş Ştatları Azərbaycanda ifadə azadlığını dəstəkləyir. Lakin ABŞ-da və digər yerlərdə də olduğu kimi, bu azadlıq iyrənc şəxsi hücumların ictimailəşdirilməsi üçün istifadə olunmamalıdır. Jurnalist Xədicə İsmayılovaya qarşı istiqamətləndirilmiş davamlı təhqiredici təqib bizi çox təlaşlandırır. Bu cür davranışlar dəhşət doğurur və dayandırılmalıdır.

Biz davamlı şəkildə təkid edirik ki, bu halın qanuni istintaqı Azərbaycan qanunvericiliyinə və beynəlxalq öhdəliklərə müvafiq şəkildə tamamlansın. Bunu etməklə Azərbaycan göstərəcək ki, ələlxüsus bu seçki ilində, qanunun aliliyini dəstəkləyərək və etik və möhkəm media mühitini təbliğ edərək, müxbirlərin haqq və təhlükəsizliyinin qeydinə qalır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA