Cəmil Həsənli MSK-ya xəbərdarlıq etdi

img

29-08-2013 [13:55]


Cəmil Həsənlinin Mərkəzi Seçki Qərargahı MSK-ya dəfələrlə müraciət etməsinə baxmayaraq, bugünədək onun namizədliyinin təsdiq edilməsi barədə məsələnin müzakirə olunmadığını və müvafiq qərar qəbul edilmədiyini bəyan edib.

Cəmil Həsənlinin Mərkəzi Seçki Qərargahından verilən məlumata görə, bəyanatda Cəmil Həsənlinin namizədliyinin təsdiq olunması ilə əlaqədar qərarın qəbul olunması üçün son müddət bu gün – 29 avqust saat 12:50-də tamam olduğu qeyd olunur:

"Professor Cəmil Həsənlinin namizədliyinin təsdiq olunması ilə əlaqədar qərarın qəbul olunması üçün son müddət bu gün – 29 avqust saat 12:50-də tamam olmasına baxmayaraq, hələ də bu məsələnin MSK-nın toplantısında müzakirə olunub, müvafiq qərar qəbul edilməməsi Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.6.-cı maddəsinin kobud şəkildə pozulması deməkdir.

Cəmil Həsənlinin Mərkəzi Seçki Qərargahı MSK-nın yol verdiyi bu kobud qanun pozuntusunu qətiyyətlə pisləyir və MSK-nı Seçki Məcəlləsinə əməl etməyə çağırır”.

***

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev "Qafqazinfo"ya sözügedən məsələ ilə bağlı açıqlama verib. O, Cəmil Həsənlinin namizədliyinin qeydə alınması məsələsinə komissiyanın bu gün saat 16:00-da keçirilən iclasında baxılacağını bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA