Silah və hərbi texnika qış mövsümündə istismar rejiminə keçirilir - MN-dən açıqlama

img

03-10-2019 [14:15]


Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi prosesi aparılır.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.

Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materialları dəyişdirilib, onlara planlı şəkildə qulluq göstərilib.

Qış istismar rejiminə keçid soyuq iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə icra olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA