"Bütün hallarda dövlət məmuruna əl qaldırmaq ağır cinayətdir” - Rövnəq Abdullayev qazilərlə bağlı olaydan danışdı

img

01-10-2019 [17:44]


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, millət vəkili Rövnəq Abdullayev Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasında yaranan davadan danışıb.

Mia.az-ın məlumatına görə, Rövnəq Abdullayev Unikal.org-a eksklüziv açıqlamasında bildirib ki, baş verən hadisədən xəbərdardır:

"Bu barədə məlumatım var. Baş verən hadisədə iştirak edən şəxslər hələ dəqiq bilinmir ki, qaziləridir, ya yox. Bütün hallarda dövlət məmuruna əl qaldırmaq ağır cinayətdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA