Milli Şura rəhbərliyi xarici diplomatlarla qapalı görüş keçirib

img

28-08-2013 [15:20]


Milli Şurada təmsil olunan müxalifət liderləri ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə görüşüb. Bu barədə Modern.az saytına Müsavat başqanını müavini Gülağa Aslanlı bildirib.

Milli Şura üzvünün sözlərinə görə, görüş Müsavat Partiyasının qərargahında deyil, paytaxtda restoranların birində keçirilir."Məndə olan məlumata görə, görüş baş tutub. Diplomatik korpusla görüş Müsavatın qərargahında keçirilməyib. Görüş yemək masası arxasında baş tutub”.

Görüşdə Milli Şuranın prezidentliyə yeni namizədi Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Müsavat başqaı İsa Qəmbər və "El” hərəkatının lideri Eldar Namazovun iştirak etdiyi bildirilir.Görüşdə hansı məsələlərin müzakirə edildiyi hələlik bəlli deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA