Fərhad Əliyevin yaxınları 440 min dolları kimə verib?

img

28-08-2013 [12:13]


Hazırda Türkiyənin İstanbul şəhərində yaşayan Aliyə Əliyeva adlı şəxs ABŞ-da lobbiçilik fəaliyyəti ilə məşğul olan "Holland & Knight LLP” şirkətinin Vaşinqton ofısinin bank hesabına sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı "Azpetrol” şirkətinin sabiq direktoru Rafiq Əliyevin vəziyyəti ilə bağlı məlumatlılığın artırılması məqsədilə 2012-ci ildə 320 min ABŞ dolları, 2013-cü ilin 1-ci rübündə isə 40 min ABŞ dolları məbləğində pul köçürüb. Publika.Az-ın əldə etdiyi məlumata görə, Aliyə Əliyeva "Holland & Knight LLP” şirkəti ilə 2011-ci ildə müqavilə bağlayıb, habelə həmin il yuxarıda göstərilən məqsədlə şirkətin bank hesabına 80 min ABŞ dolları məbləğində pul vəsaiti keçirib. Mövzu ilə bağlı əks tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA