"Azərişıq" adi naqilə görə Bakıda 4 ağacı kəsdirdi, sonra isə... - Şikayət + FOTO

img

25-09-2019 [15:07]


"Bu mənzərənin səbəbkarı "Azərişıq" ASC-nin Nizami rayonu şöbəsidir".

Bu sözləri Mia.az-a fotolar təqdim edən Bakı şəhəri, Keşlə qəsəbəsi,.Rafiq Ağayev küçəsində yaşayan şikayətçi Ülkər Nəzirova deyib.

O bildirib ki, 15 gün bundan əvvəl yaşadığı məhəllədə ağaclar elektrik naqillərinə maneçilik edir adı ilə dibindən kəsilib: "Adi daşı daş üstə qoyanda başını kəsdirən yerli icra orqanları isə bu 15 gün ərzində özlərini görməməzliyə vurub . Bu gün artıq 199 xidmətinə zəng vurub, bu kotüklərin yığışdırılmasını tələb etsəm də, bizi borclu çıxardılar. Operator xanım dedi ki, "Siz hələ çox sağ ol deyin ki, bizim işçilər o ağacları kəsdi. Yığıb-yığışdırmaq isə bizlik deyil"".
 
Nəzirova deyir ki, əgər ağac naqillərə mane olurdusa, o zaman "Azırişıq" naqili kənara cəkməli idi: "Naqili 1 metr kənara çəkməyə can çəkənlər ə asan yolu seçdilər. 4 ağacı dibindən kəsib ortalıqda qoyub getdilər".

Şikayətçi məsələ ilə bağlı ETSN və Bakı meriyasından tədbir görülməsini arzuladığını da bildirib.


Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA