Gülər Əhmədovanın istintaqı başa çatdı

img

28-08-2013 [11:00]


Sabiq deputat, mandat alveri qalmaqalına görə həbs edilmiş Gülər Əhmədovanın istintaqı yekunlaşıb. Bu barədə G.Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib. Onun sözlərinə görə, hələ istintaq materialları ilə tanış olmayıb: "Öncə materiallarla Gülər xanım özü tanış olacaq. Ondan sonra mən də materialları araşdıracam”.

Müsahibimiz məhkəmənin nə vaxta təyin olunacağı ilə bağlı məlumatı olmadığını dedi. Amma vəkil istintaqın gedişindən narazı qaldığını vurğuladı: "İstintaq standart, şablon gedir. Elementar olaraq Elşad Abdullayevi bu iş üzrə dindirməyiblər. Gülər Əhmədova ilə üzləşdirməsi olmayıb. Daha öncə vəsatətim təmin olunmuşdu ki, Elşad Abdullayev dindiriləcək. Amma indi yazırlar ki, onu dindirməyiblər”. /Musavat.com/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA