Rüstəm İbrahimbəyov MSK-nı məhkəməyə verəcək

img

27-08-2013 [22:31]


Rüstəm İbrahimbəyov Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verəcək. MİA xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında Rüstəm İbrahimbəyov özü bildirib.

R. İbrahimbəyov MSK-nın onun namizədliyini qeydə almamasını qeyri-qanuni adlandırıb: "MSK bu barədə düzgün qərar çıxarmayıb. Ona görə də, mən onları məhkəməyə verməyə hazırlaşıram”.

MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev isə APA-ya deyib ki, MSK-nın sözügedən qərarı əsassız deyil: "Qərar Azərbaycanın və Rusiyanın rəsmi dövlət qurumlarına göndərilmiş sorğuların rəsmi cavablarına əsasən verilib. Bizim üçün ölkə Konstitusiyası və seçki qanunvericiliyi əsasdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA