25-09-2019 [00:11]
Qoç - dostlarla ünsiyyət və birgə fəaliyyətin intensivləşdirilməsi üçün yaxşı gündür. İşləmək əvəzinə düşünməyə və xəyallara üstünlük verməyin. Fəaliyyətinizə bir qədər ara verin, amma istirahət uzun çəkməsin. İşgüzar səfərlər üçün əlverişli vaxtdır.
Evdən uzaqda əlverişli alış-veriş edə bilərsiniz.
Qohumlarınız arasında bir şəxsin təcili yardıma ehtiyacı var. Köməyinizi əsirgəməyin. Məsləhətlərin sayını artırmayın. Əks təqdirdə ətrafınızdakı şəxslərdə qıcıq yarada bilərsiniz.
Buğa - yaranmış problemlərin həllini uzatmayın. Cari məsələlərin çözümündə diqqətli olun, sayıq davranın. Yaxınlarınızdan biri ilə münasibətlərdə problemlərin formalaşması istisna deyil. Mübahisəli məsələlərdə qarşılıqlı anlaşmaya nail olun. Mühüm söhbəti daha əlverişli saydığınız vaxtadək ertələməyin.
Günün ikinci yarısında önəmli görüş və ya danışıqlar ola bilər. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə intonasiyanın xüsusi əhəmiyyəti var. Bədgüman və şübhəli olmayın. Neqativ sözlər durumu daha da ağırlaşdıra bilər.
Əkizlər - həftənin ən uğurlu günlərindən biri deyil. Cəhdləriniz və əməyinizin məhsuldarlığı planlarınızın reallığından asılıdır. Diqqətli olun, emosiyalara qapılmayın. Yaxın ətrafınızdakı insanlardan biri etimadı doğrultmaya bilər.
Rutin işlərdən usanma, yaradıcılıq durğunluğu da istisna deyil. İşgüzar sənədlərdə, yazışmalarda kobud səhvlərə yol verməyin. Axşam saatlarına yaxın yola çıxsanız, gecikmələr və təxirəsalmalar istisna deyil. Eyni vaxtda bir neçə işə başlamağa çalışmayın. Əks təqdirdə ifrat yorğunluğa qapıla bilərsiniz.
Xərçəng - təmkinli və sayıq olun. Düşünülməmiş addımlar atmayın. Radikallıq, aqressivlik zamanı deyil. Səbrli davranın. Cari işləri və rutin problemləri həll etmədən irəliləmək mümkün deyil. Ona görə də yarımçıq işlər qoymayın. Əks təqdirdə sabahkı gündə görüləsi işlərin sayı artacaq.
Günün ikinci yarısında maraqlı işlər olacaq. Alış-verişdə bədxərclik etməyin. Maliyyə vəsaitinizin qədrini bilin. Pulları xərcləmək əvəzinə yığın. Qətiyyətli olun, kiçik problemlərin qarşısında geri çəkilməyin.
Şir - günün ilk yarısında əhvalınız pisləşə bilər. Neqativ hisslərin əsiri olmayın. Kiçik diskomfort sizi təbdən çıxarmasın. Yaxın ətrafınızdakı insanları narahat edən məsələlərin fərqinə varın. Situasiyaya maksimum dərəcədə uyğunlaşın.
Günün ikinci yarısında fəaliyyət və yaşam arealını qaydaya salın. Dəyər verdiyiniz insana ünvanladığınız iradların sayını artırmayın. Yaşananlarda sizin günahınız da var.
Qız - həmkarlar və işgüzar tərəfdaşlarla bir sıra məsələləri həll etmək, münasibətləri rəvanlaşdırmaq üçün əlverişli gündür. Gün asan deyil. Lakin vaxtınızı hədər itirməsəniz, məhsuldar ola bilər. Diqqət və sayıq davranış tələb edən işlər müxtəlifdir.
Onları həll edə bilərsiniz. Müstəqil şəkildə düşünməli, hərəkət etməli və suallara cavab tapmalı olacaqsınız.
Yaxın ətrafınızdakı insanlarla münasibətlər normal olacaq. Haqlı olduğunuzu sübut etməyə lüzum yoxdur. İdeyalarınız rəğbətlə qarşılanacaq.
Qətiyyətli və təşəbbüskar olun.
Tərəzi - işgüzar məsələlərin həlli üçün uğurlu gündür. Yaşam potensialının səviyyəsi yüksəkdir, enerjiniz və ruhi qüvvəniz çoxdur. Uğura nail olmaq üçün bütün komponentlər var.
Yeni, çətin və mürəkkəb işlər peyda olur. Fəqət, çəkinməyin və narahat olmayın: həmin işlərin öhdəsindən gələcəksiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin. Hansısa şəxs, hadisə və ya nəsnə sizə mane olmamalıdır.
Köçmək, təmirə başlamaq, şəraiti dəyişmək olar.
Əqrəb - aqressiv, davakar olmayın. Sərt danışıqlar zərər verə bilər. Güzəştlərə meylli olun. Açıq hücum heç də həmişə qələbənin rəhni deyil. Kobud taktika, izafi sərtlik qarşı tərəfdə də qeyri-adekvat davranışa səbəb olacaq.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla münasibətlərdə düşünülmüş taktikaya üstünlük verin. Riskli sövdələşmələrdən və anlaşmalardan uzaq olun.
Qanunsuzluq təsiri bağışlayan əməliyyatlar heç bir xeyir verməyəcək.
Oxatan - günün ilk yarısında işlərdə çətinliklər yaranacaq. Ən kiçik uğurun önəmi artacaq. Texniki detallar və təfərrüatlar hədəfə doğru irəliləyişinizi çətinləşdirə bilər.
Diqqətli olun, bədxahların məkrli planlarına aldanmayın.
Günün ikinci yarısında səhhətinizə fikir verin. Orqanizminizdəki kiçik ağrı sonradan ciddi fəsad yarada bilər.
Yarımçıq işləri tamamlamadan yeni layihəyə başlamayın.
Oğlaq - günün ilk yarısında qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün maksimal sürət və intensivliklə çalışın. Ən yaxın insanlardan biri sizi sərt tənqid edə bilər. Sizi narahat edən məsələni çözmək üçün təcrübəli, bilikli insanla məsləhətləşin.
Günün ikinci yarısında qohumlardan və ya dostlardan biri sizdən yardım istəyə bilər.
Bütün hallarda situasiyanın mozaikalarını ayrıd etməyə çalışın. Profiliniz üzrə mütəxəssisləri işə cəlb edə bilərsiniz. Fəaliyyətinizin effektiv olmasına çalışın.
Axşam saatlarını açıq havada keçirin.
Dolça - günün ilk yarısında yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə çətinliklər yaranacaq. Davranışınıza nəzarət edin. Həmkarlarınız sizinlə danışıqlarda izafi kəlmələr söyləyə bilərlər.
Günün ikinci yarısında yeni təmaslar və əlaqələr qurmaq olar. Yaranmaqda olan münaqişənin böyüməməsi üçün qarşı tərəfin əsla xoşlamadığı mövzulara toxunmayın.
Daşınmaz əmlak, maliyyə və ya texniki avadanlıqlar, vasitələrlə bağlı məsələnin həllini bir qədər ertələyin.
Axşam saatlarını dostlarla keçirin.
Balıqlar - günün ilk yarısı asan olmayacaq. Cari problemlərin həllində ciddi çətinliklərlə qarşılaşa bilərsiniz. Hətta ən adi, "alışdığınız" məişət problemlərinin çözümündə yeni maneələr və sədlər yaranacaq. Aktiv olun, süst davranmayın.
Günün ikinci yarısında yolda problemlər yarana bilər. Nəqliyyat vasitəsində texniki nasazlıq, marşrutun nəzərdə tutulmamış dəyişikliyi istisna deyil. Adi günlərdən fərqli olaraq intellektual fəaliyyətdə çətinliklər yaranacaq. İşdə həmkarlar və rəhbərliklə təmaslarda diqqətli, eyni zamanda nəzakətli olun.
Axşam saatlarında əylənə bilərsiniz.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi