27-08-2013 [18:02]
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı hazırda partiyada ciddi mübahisələr baş verir. Məlumatda bildirilir ki, səsvermənin nəticələrinə görə Cavid Hacıbəyliyə uduzan Rauf Məmmədlinin tərəfdarları bu gün Müsavat Partiyasının rəhbərliyinə, Mərkəzi Nəzarət Təftiş Komissiyasına, Sədrlər Şurasına və Divana müraciət ediblər. Onlar öz müraciətlərində səsvermə zamanı saxtakarlığa yol verildiyini iddia ediblər. Müraciətdə Cavid Hacıbəylinin özünə yaxın yaşı 29-u keçmiş xeyli adamı iclasa cəlb etdiyi və məhz bunun nəticəsində də qalib gəldiyi qeyd edilib. Əldə etdiyimiz məlumatda bildirilir ki, Müsavat rəhbərliyinə müraciət edən gənclər səsvermənin nəticələrinin ləğv olunmasını, təşkilata sədrlik üçün yenidən səsvermənin təşkil olunmasını tələb ediblər.
Onu da qeyd edək ki, təşkilata yeni sədr seçilən C. Hacıbəylinin hazırda 28 yaşı var. Müsavat GT-nın əsasnaməsinə uyğun olaraq yaşı 29-u ötmüş şəxs MGT-nin üzvü ola bilməz. Belə anlaşılır ki, bir il sonra Müsavatda yenidən seçki keçirilib sədr seçilməlidir.
***
MGT-nin sədri Cavid Hacıbəyli "Qafqazinfo"ya sözügedən məsələ ilə bağlı açıqlama verib. Yeni sədr özünə arxayın olduğunu bildirib:
"Məğlub olan tərəfin hüququdur ki, hansısa qanun pozuntusu və ya problemlər barədə müraciət eləsin. Əgər belə bir müraciət daxil olubsa, bu araşdırılacaq. Biz özümüzə arxayınıq, elə bir şey olmayıb. Çünki protokol hər iki tərəfdən 7 nəfərin iştirakı ilə təsdiqlənib, seçki ədalətli keçirilib. Heç bir problem də yoxdur. Seçki günündə də bir- birimizlə danışmışıq, Rauf məni seçilməyimlə bağlı təbrik edib. Həmin fotoları facebook hesabımda da paylaşmışam Bir problem olsaydı, o fotolar da olmazdı. Bu məsələ dəqiqləşdiriləcək”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi