MSK İlqar Məmmədovun namizədliyini təsdiq etdi

img

27-08-2013 [16:32]


Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş REAL Hərəkatının sədri İlqar Məmmədovun prezidentliyə namizədliyi təsdiq edilib. Bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında verilib.

MSK katibi Arifə Muxtarova bu barədə hüquqi əsasların olduğunu bildirib. Eyni zamanda İlqar Məmmədovun səlahiyyətli nümayəndələri də təsdiq edilib.

Qeyd edək ki, ötən iclasda İlqar Məmmədovun namizədlyinin təsdiq olunması üçün hüquqi əsasların olmadığı bildirilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA