Deputatın gizli çəkilmiş videosu yayıldı - VİDEO

img

24-09-2019 [14:24]


Millət vəkili Rafael Cəbrayılovun borc qalmaqalı ilə bağlı Yenisabah.az-a video və audio materiallar daxil olub. 

Məlumat üçün deyək ki, Rafael Cəbrayılov Təranə Fətəliyeva və Xatirə Nəcəfova adlı vətəndaşlardan toplam olaraq 600 min ABŞ dollar məbləğində borc pul alıb. 

Millət vəkili borcu deyilən vaxtda qaytaracağına əminlik yaratmaq üçün III və IV çağırış deputat vəsiqlərini girov qoyub. 

Təranə Fətəliyeva və Xatirə Nəcəfova bildirib ki, sonralar Rafael Cəbrayılov tərəfindən aldadıldıqlarını başa düşüblər. İş məhkəməyə düşüb. Məhkəmə qərarı Rafael Cəbrayılovun əleyhinə olub. 

Bu məsələ ictimailəşdən sonra millət vəkili əvvəlcə "susuram” desə də, sonradan medianı ona qarşı kampaniya aparmaqda ittiham edib. Şikayətçilər jurnalistlərin hədəfə gəldiyini görüb video və audio materialların da ictimaişləməsinə qərar verib və onları redaksiyamıza təqdim edib. 

Həmin materialları oxucuların diqqətinə çatdırırıq.

Mia.az "Yeni Sabah”in bu xəbəri ilə bağlı deputatla əlaqə yaratmağa cəhd etsə də, alınmayıb.

Onun da cavab haqqını tanımağa hazırıq.


Yenisabah.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA