22-09-2019 [00:10]
Qoç - yaxın gələcəklə bağlı planlar qurarkən tələskənliyə yol verməyin. İndinin özündəki vəziyyət tam aydın deyilsə, qərarlar çiy və natamam təsir bağışlaya bilər. Məhsuldarlığın, gördüyünüz işin effektinin azalmaması üçün diqqətli davranın. Problemlərin çoxluğu sizdə bədgümanlıq hissi yaratmamalıdır.
Günün ikinci yarısında şansı əldən verməyin. Sirlərinizi faş etməyin. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə hədləri müəyyənləşdirin. Dost hesab etdiyiniz insanın əməli sizi təəssüfləndirə bilər.
Axşam saatlarında stressdən qurtulmağın yollarını arayın.
Buğa - günün ilk yarısı problemlər situasiyanın gərginləşməsini vəd edir. Maneələri dəf etmək üçün maksimum səviyyədə çalışmağa hazır olun. Xərcləriniz nəzərdə tutduğunuzdan artıq ola bilər.
Bədxərclik etməyin.
Günün ikinci yarısında hadisələrin nəzərdə tutduğunuz ssenari üzrə inkişaf etməməsi sizi pərişan etməməlidir. Önəm verdiyiniz insanın sevincini paylaşmağı unutmayın.
Hisslərinizi aşkarlamayın, izhar etməyin.
Axşam saatlarında yetərincə istirahət etməlisiniz.
Əkizlər - günün ilk yarısında fəaliyyət tempini qorumaq üçün aktiv çalışın. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirmək üçün bütün vasitələrdən yararlanmağa can atmayın. Qaydaları pozmayın. Məntiqli olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləri sərinləşdirməyin. Emosiyalara qapılmayın. Dəyər verdiyiniz insanların maraqlarını mütləq şəkildə nəzərə alın. Əks təqdirdə axşam saatlarına yaxın, ümümiyyətlə, tək qala bilərsiniz.
Xərçəng - birgə fəaliyyət, fikir mübadiləsi önəmli məsələlərdir. Problemləriniz və çətinliklərinizlə bağlı inandığınız insana, tərəfdaşa xəbər verə bilərsiniz. Mənasız söhbətlərə qatılmayın. İlk baxışda yaranan təəssürat sizi yanıltmasın.
Günün ikinci yarısında müzakirə edilən mövzudan kənarlaşmağın ən yaxşı yolu soyuqqanlı davranışdır. Maraqlarınızı qoruyarkən qətiyyətli olun. Mənafeyinizi başqalarının istəyinə qurban verməyin.
Qeyri-ciddi insanlarla mükalimələrdən effekt gözləməyin.
Axşam saatlarında normal istirahət edin.
Şir - formada olmağa can atın. Planlaşdırılmamış görüşlər, spontan təmaslar istisna deyil. Danışıqlar və müzakirələr nəzərdə tutduğunuz müddətdən artıq çəkə bilər. Yeni işə başlamazdan əvvəl maliyyə resurslarınız və imkanlarınızın gərəkli səviyyədə olduğunu yoxlayın.
Günün ikinci yarısında ehtiyatlı, sayıq olun. Düşünülməmiş addımlar atmayın. Yaxın ətrafınızdakı insanları vədlərinə və şirnikləndirici təkliflərinə çox aldanmayın.
Sizi aldatmağa, tələyə salmağa can atanlar var.
Axşam saatlarında gəzintiyə çıxın.
Qız - avantüralara aldanmayın, riskli işlərə başlamayın. Tərəfdaş və şəriklərlərlə yeni laiyhələrə başlamaq olar. Emosiyaların təsiri altına düşərək düşünülməmiş addımlar atmayın.
Soyuqqanlı və məntiqli davranın.
Günün ikinci yarısında səlis davranın, başqalarının hərəkətlərinə diqqət yetirin. Tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Axşam saatlarını evdən kənarda keçirməyə hazır olun. Xərclər arta bilər. Əyləncə və istirahət zamanı deyil.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv çalışın.
Tərəzi - günün ilk yarısında insanların gur olduqları məkanlara yollanmayın. Sevdiyiniz, daha doğrusu, yaxşı bacardığınız işlərlə məşğul olun. Əyləncə və istirahət planlarınızı bir qədər təxirə salın.
Günün ikinci yarısında qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün effektiv vasitələrə əl atın. Köhnə metodlardan yararlanmaq istəyiniz gözlənlən effekti verməyəcək.
Axşam saatlarına yaxın normal istirahət etməyə çalışın. Maliyyə imkanlarınızı dəqiq qiymətləndirin. Real resurslardan yararlanın.
Əqrəb - günün ilk yarısında vəziyyət stabillik və sakitlikdən çox uzaqdır. Əlavə işlər, qəfil tapşırıqlar olacaq. Səlahiyyət dairənizə bilavasitə daxil olmayan işləri həvalə etsələr, yaxşıca düşünün. Birgə çalışacağınız insanları yoxlayın, təftiş edin. Vədlər verməzdən və ya sənədləri imzalamazdan əvvəl situasiyanı təhlil edin, təklifi araşdırın.
Günün ikinci yarısında yeni layihəni ertələyin. Vəziyyət kimin dost, kimin xoş münasibətə dəyməyən şəxs olduğunu göstərəcək. Əsəblərin gərilməsi yuxusuzluq yarada bilər.
Oxatan - günün ilk yarısında hisslərə qapılmayın. Adi günlərdən fərqli davranış nümayiş etdirməyin. Özünüzə qapanmayın. Cari məsələlərin həlli, rutin işlərin görülməsi ilə məşğul olun. Yaxın ətrafınızdakı insanlardan birinin dediklərii xətrinizə dəyə bilər.
Günün ikinci yarısında ani çətinliklərə hədən artıq önəm verməyin. Yaxın ətrafınızdakı insanlarla qısamüddətli anlaşılmazlıq yarana bilər. Bilin ki, istənilən maneəni dəf edə bilərsiniz.
Sədləri dəf edin. Əzmli və qətiyyətli olun.
Oğlaq - günün ilk yarısı genişmiqyaslı laiyhələrin həyata keçirilməsi üçün əlverişli deyil. Bəzi məsələləri təxirə salmaq gərəkdir. Cari məsələlərin həlli ilə məşğul olun. Məqsəd və hədəfləri təftiş etmək olar.
Günün ikinci yarısında dostlarla təmaslarda səmimi, amma diqqətli davranın. Onların hisslərini, istəklərini anlamağa çalışın. Yeni qüvvə, enerji istisna deyil.
Maraqlandığınız məsələnin reallaşdırılmasına başlaya bilərsiniz.
Axşam saatlarında gəzintiyə çıxın.
Dolça - çoxdan bəri yığılan işlər, hisslər və emosiyalarda güclü irəliləyiş olacaq. Hissləriniz dayanıqlı deyil.
Kənar təsir planlarınızı alt-üst edə bilər. Qəfil addım, etiraf, yaxın insanla mühüm söhbət ola bilər. Ətrafınızdakı insanların qayğısına qalın.
Əlavə işlərlə ifrat dərəcədə məşğul olmayın. İkinci dərəcəli işləri təxirə salın.
Gözlənilməz hadisə, emosiyaların partlayışı gərginliyin kritik həddə çatdığını göstərir.
İşlərin intensivliyini bir qədər azaldın. Təhlükəli dönəmdə diqqətli davranın.
Balıqlar - günün ilk yarısından etibarən fəaliyyətinizə kənar təsirlər olacaq. Bir sıra amilləri mütləq şəkildə nəzərə almalısınız. Mütəhərrik olun, çevik davranın. Eyni vaxtda bir neçə işlə məşğul olmalısınız.
Günün ikinci yarısında seçimdə yanılmayın. Yazışmalarda passiv davranmayın. Sənədləşdirmədə kobud səhvlərə yol verməyin. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərini dinləyin. İstəklərinizi hər şeydən üstün tutmayın.
Kənardan təzyiqlərə boyun əyməyin.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi