İsa Qəmbər tərəfdarlarını Cəmil Həsənlini dəstəkləməyə çağırdı

img

27-08-2013 [13:47]


Xəbər verdiyimiz kimi, ötən gün Müsavat divanın toplantısında başqan İsa Qəmbərin namizədliyini Milli Şuranın ehtiyat vahid namizədi Cəmil Həsənlinin xeyrinə geri götürməsi ilə bağlı qərar qəbul edildi. Divanın bu qərarından sonra Müsavat Partiyası İsa Qəmbərin namizədliyini dəstəkləyən siyasi partiyalara müraciət ünvanlayıb.

Bu barədə Modern.az saytına Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Partiya rəsmisinin sözlərinə görə, Müsavat İsa Qəmbəri dəstəkləyən siyasi partiyaları Cəmil Həsənliyə dəstək olmağa çağırıb:

"İsa Qəmbərin namizədliyini dəstəkləyən partiyalara müraciət etdik. Onlara təşəkkürümüzü bildirdik ki, sonadək İsa bəyə dəstək oldular. Həmçinin onlardan xahiş etdik ki, bundan sonra da Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə dəstək olsunlar”.

Qeyd edək ki, Azərbaycan Xalq Partiyası, Cümhuriyyət Xalq Partiyası, Azərbaycan Demokratik İstiqlal Partiyası, Demokratik Sağ Partiyası, Əhrar Partiyası, Yeni Turan Partiyası, Əmək Partiyası İsa Qəmbərin namizədliyini dəstəkləyən siyasi partiyalardır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA