27-08-2013 [12:00]
"Orta məktəbi müvəffəqiyyətlə bitirməyə görə medal verilmə qaydalarını dəyişməyi təklif edirəm”. Milli Məclisin deputatı Aydın Mirzəzadə qızıl və gümüş medalların verilməsi qaydalarında dəyişlik edilməsi ilə bağlı Təhsil nazirliyinə müraciət edib. Bu barədə deputat Facebook sosial şəbəkəsində məlumat yayıb.
Deputat qeyd edib ki, dünən Təhsil Nazirliyi tərəfindən iki maraqlı açıqlama yayıldı və onlar sosial şəbəkədə çox maraqla qarşılanıb.
"Bunlardan birincisi bu ildən başlayaraq bütün 11-ci sinif şagirdlərinə buraxılış imtahanının qiymətindən asılı olmayaraq, yekun dövlət attestasiyasının nəticələrinə görə attestatın verilməsinin nəticəsi barədə idi. Analiz göstərdi ki ,bu il buraxılış imtahanlarında 2 qiyməti almış 128 məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olunub. Onların arasında I ixtisas qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, III ixtisas qrupu üzrə 559, IV ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər də var. Nazirliyin təklifinin müsbət nəticəsi göz qarşısındadır. Hansısa fəndən aşağı nəticə, yüzdən çox gəncimizə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərməyə mane olmayıb. Hətta bir nəfərin 559 bal nəticə göstərməsi əvvəlki illərdə xeyli sayda istedadlı gəncimizin gələcəyə yolunun kəsildiyini göstərir. Eyni zamanda nəzərə alsaq ki, bu qərar dərs ilinin sonunda verilib, deməli xeyli sayda bir fəndən zəif, amma ümumən qabiliyyətli gənc ümidsizlikdən ali məktəblərə hazırlaşmağı mənasız sayıb”.
Deputat vurğulayıb ki, buraxılış imtahanlarında "2” alan məzunlara atettstatların verilməsi minlərlə gənci attestatsız qalaraq bütün həyatı boyu cəmiyyətdə yarımçıqlıq sindromu ilə yaşamasına imkan vermədi.
"Attestatsızlıq təkcə təhsil problemi olmayıb, ciddi bir sosial problem olaraq da yaşandığı hamıya yadın idi. Səmərəli təklifə görə Təhsil Nazirliyinə öz təşəkkürümü bildirirəm. Digər məlumat isə bu il orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarında yığdıqları balların nəticələri ilə bağlı idi. Medal alanların mütləq əksəriyyəti bu yüksək adı doğrulda bilib, iki nəfər isə hətta maksimum 700 bal da toplayıb. Ancaq bunla belə bir qisminin aşağı nəticələri, bir nəfərin isə cəmi 140 bal toplaması müyyən düşüncələrə gətirib çıxarır”.
A.Mirzəzadənin sözlərinə görə, araşdırmalar göstərir ki, medala namizəd olanlar axırıncı dərs ilini əsasən medalla bağlı prosedurlara sərf edirlər. "Ali məktəbə hazırlaşmağa isə bəzən vaxt və enerji qalmır. Buna görə də bəzi ailələr övladlarının medal almaq perspektivinə soyuq yanaşır, bütün qüvvəni məhz ali məktəbə hazırlığa sərf edirlər. Bunu bu il 700 bal toplamış 6 nəfərdən yarısının medalının olmaması statistikasında görmək olar. Deyilənləri nəzərə alaraq orta məktəbi müfəffəqiyyətlə bitirməyə görə medal verilmə qaydalarını dəyişməyi təklif edirəm. Medallar ilin nəticəsinə görə deyil, qəbul imtahanlarının nəticəsinə görə verilsin. Məsələn, ali məktəblərə qəbul imtahanlarında 650-700 bal toplayanlara avtomatik olaraq qızıl medal, 600-650 bal toplayanlara kiçik qızıl medal, 500 - 600 bal toplayanlara isə gümüş medal verilə bilər. Ballar nisbətini dəyişmək mümkündür. Təklifi bu ilki payız sessiyasında büdcə müzakirəsində də səsləndirmək fikrindəyəm”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi