Ixtiyar Şirinlə “Azadlıq” və Aslan Ismayılovun məhkəməsi - qalmaqal

img

27-08-2013 [11:20]


Sabiq baş prokuror Ixtiyar Şirin "Azadlıq” qəzeti və vəkil Aslan Ismayılovu məhkəməyə verib. 

 Məlumata görə, Ixtiyar Şirininin Səbail Rayon Məhkəməsində qəzetə və vəkilə qarşı şərəf və ləyaqətə, işgüzar nüfuza vurulmuş mənəvi zərərin ödənilməsi haqqında qaldırdığı iddiaya baxılıb. Lakin sözügedən məhkəmənin verdiyi qərar mübahisəyə son qoymayıb.

 Mia.az-a daxil olan məlumata görə, Səbail rayon Məhkəməsinin qətnaməsindən verilmiş şikayət hal-hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

 Sabiq baş prokuror Ixtiyar Şirinin məhkəmə müraciət etməsinə səbəb vəkil Aslan Ismayılovun 1993-cü il iyunun 4-də Gəncədə baş vermiş qiyamla bağlı "Azadlıq”a verdiyi silsilə müsahibələrdə sabiq baş prokurorun ünvanına bir sıra ittihamlar səsləndirməsidir. Bu isə sabiq baş prokuroru hiddətləndirib. Buna görə də o, qəzetə və Aslan İsmayılov qarşı iddia qaldırıb. 

 Mia.az-ın xəbərinə görə, işə əvvəlcə Səbail rayon Məhkəməsində baxılıb. Hazırda isə iş Bakı Apellyasiya Məhkəməsində hakim İsmayıl Vəliyevin sədrliyi ilə araşdırılır.

 Məlumata görə, hakim İsmayıl Vəliyev iş üzrə avqustun 28-nə iclas saatı təyin edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA