Daha bir sabiq prokuror Baş Prokurorluğa qarşı iddia qaldırıb

img

27-08-2013 [11:19]


Azərbaycanın Baş Prokurorluğuna qarşı prokurorluğun sabiq əməkdaşı tərəfindən daha bir iddia qaldırılıb.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, Baş Prokurorluğun əməkdaşı Əmrulla Sənan oğlu Şirvanov 2011-ci ildə işdən çıxarılması haqda baş prokuror Zakir Qaralovun əmrini qanunsuz sayır və buna görə əmrin, həmçinin buraxılan iş günlərinə uyğun əmək haqqının hesablanmasını və kompensasiya ödənilməsini tələb edir: «Lakin Səbail rayon Məhkəməsi onun işə bərpa olunma tələbi ilə bağlı qaldırdığı ilkin iddianı təmin etmədiyi kimi, pul tələbini də təmin etməyib. Bu səbəbdən də Şirvanov birinci məhkəmə instansiyasının qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib».

 Məlumata görə, prokurorluğun sabiq əməkdaşının şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim  Vüqar Həsənovun sədrliyi ilə icraata qəbul olunub: «Hakim Vüqar Həsənov Əmrulla Şirvanovun Baş Prokurorluqdan pul tələbi ilə bağlı Səbail Məhkəməsinin qərarından verdiyi şikayət üzrə avqustun 28-nə iclas saatı təyin edib».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA