Şeyx "Qroznı müraciəti" ilə Qafqaz dindarlarını ayağa qaldırdı

img

27-08-2013 [11:11]


Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Azərbaycan dindarlarına və xalqına müraciətinin tam mətnini yayıb. Müraciətdə deyilir: "Qarşıdakı prezident seçkilərində yeganə düzgün seçim etməyə, müstəqil Azərbaycanın seçdiyi tolerantlıq və mənəvi dirçəliş yolunun davam etdirilməsinə səs verməklə İlham Əliyevi dəstəkləməyə çağırırıq.

Qafqaz bizim ümumi evimizdir. Biz Azərbaycanda ictimai-siyasi və mənəvi həyatın bütün sahələrində bütövlükdə Qafqazın inkişafına müsbət təsir göstərən tərəqqinin davam etməsində maraqlıyıq. Bu seçim bizim hamımız üçün vacibdir!”

"Azərbaycan dindarlarına və bütün Azərbaycan xalqına QROZNI MÜRACİƏTİ" adlanan müraciətdə din xadimləri qeyd edirlər ki, Azərbaycan xalqının siyasi, iqtisadi, sosial sahələrdə uğurlarını müşahidə etdikcə, qardaş xalqın mənəvi həyatında baş verən hadisələrə sevinirik: "Bu gün Azərbaycan öz xalqının maddi rifahını artırmaqla bərabər, həm də mənəvi-dini irsin dirçəldilməsi qeydinə qalır".

Azərbaycanda milli mənəvi dəyərlərin qorunub saxlanması və artırılmasına böyük diqqətlə yanaşdığını müşahidə etmək biz, dindarları xüsusilə sevindirir. Bütün dini icmalara qayğı, tarixi müsəlman ziyarətgahlarına və başqa konfessiyaların məbədlərinə qayğıkeş münasibət, onların bərpası və yenilərinin ucaldılması müasir, müstəqil Azərbaycanın reallığıdır.

Din xadimləri qeyd edirlər: "Azərbaycanın - böyük iqtisadi potensiala malik olan ölkənin öz vətəndaşlarının milli və dini mənsubiyyətindən asılı olmayaraq, onların mənəvi həyatı üçün hər cür şərait yaratması bu dövlətə həm beynəlxalq nüfuz qazandırır, həm də Ulu Tanrının mərhəmətini təmin edir. Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələri, bütün dünyada dinlərarası və mədəniyyətlərarası dialoq işinə onun verdiyi sanballı töhfə haqlı olaraq bu ölkəni mühüm beynəlxalq forumların keçirildiyi mərkəzə çevirmişdir. Bütün bu tədbirlərin təşəbbüsçüsü kimi dövlət başçısının özünün çıxış etməsi xüsusi diqqətə layiqdir". 

Din xadimlərinin fikrincə, Qafqazın dini liderlərinə dərin hörmətin bir göstəricisi də bu faktdır ki, biz hər dəfə regionun tarixi dini mərkəzinə - Qafqaz Müsəlmanları İdarəsinə gələndə Azərbaycan dövlətinin başçısı bizi şəxsən qəbul edir, bizə böyük diqqət yetirir: "Bütün bunlar bizim belə deməyimizə əsas verir ki, təməli hələ müasir, müstəqil Azərbaycanın banisi, bizim hamımızın çox hörmət bəslədiyimiz mərhum Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din qarşılıqlı münasibətlərinin səviyyəsi bir sıra dövlətlər üçün nümunə ola bilər. Biz əminik ki, müdrik Azərbaycan xalqı bu uğurlu yolu bundan sonra da davam etdirmək niyyətindədir.
Bununla əlaqədar, biz bütün Azərbaycan xalqına müraciət edərək qarşıdakı prezident seçkilərində yeganə düzgün seçim etməyə, müstəqil Azərbaycanın seçdiyi tolerantlıq və mənəvi dirçəliş yolunun davam etdirilməsinə səs verməklə İlham Əliyevi dəstəkləməyə çağırırıq".
Müraciəti aşağıdakı din xadimləri imzalayıblar:

Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Xalqları Ali Dini Şurasının sədri,
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Sultan Mirzayev
Qafqaz Xalqları Ali Dini Şurası sədrinin müavini, Çeçenistan Respublikasının müftisi
Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri:
İsmayıl Berdiyev- Şimali Qafqaz Müsəlmanların Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz müftisi
Aleksandr İşşein - Bakının və Azərbaycanın Arxiyepiskopu
İsa Xamxoyev - İnquşetiya Respublikasının müftisi
Əhməd Abdullayev - Dağıstan Respublikasının müftisi
Həzrətəli Dzasejev - Kabarda-Balkar Respublikasının müftisi
Hacı-Murat Qatsalov – Şimali Osetiya-Alaniya Respublikasının
müftisi

Sultan-Əhməd Karalayev - Kalmık Respublikasının müftisi
Şafiq Pşixaçev - Beynəlxalq İslam Missiyasının Prezidenti, Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin Rusiyadakı nümayəndəsi, RF İctimai Palatasının üzvü
Şarafutdin Çoçayev - İmam Əbu-Hənifə adına Şimali Qafqaz İslam Universitetinin rektoru
Nurbi Yemij - Qafqaz Xalqları Ali Dini Şurasının üzvü.

Rusiya Federasiyası,

Qroznı şəhəri 22 avqust 2013-cü il.

Mənbə: AzerTac


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA