İlqar Məmmədov Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib

img

26-08-2013 [15:08]


REAL Hərəkatının sədri və prezidentliyə namizədi İlqar Məmmədov Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib. Hərəkatın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bu gün İ.Məmmədovun vəkili və səlahiyyətli nümayəndəsi Xalid Bağırov müvəkkilinin müraciəti əsasında Mərkəzi Seçki Komissiyasının çıxardığı qərarla bağlı bu qurumu məhkəməyə verib.

Xatırladaq ki, ötən həftə MSK-nın iclasında qərara alınmışdı ki, İ. Məmmədov təcridxanada olduğu üçün onun sənədlərində poçtun deyil, təcridxananın möhürü olmalıdır. Belə olmadıqda məktublar anonim sayılır. Bu səbəbdən də MSK İ.Məmmədovun namizədliyini təsdiq etməkdən imtina edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA