Kəmaləddin Heydərov Qazaxıstanın Azərbaycandakı səfirini qəbul edib

img

26-08-2013 [13:56]


Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qazaxıstan fövqəladə və səlahiyyətli səfiri cənab Amangeldi Jumabayev ilə görüşüb. MİA FHN-ə istinadən xəbər verir ki, nazir, ilk növbədə, cənab Jumabayevə Azərbaycanda diplomatik fəaliyyətə başlanması münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı nazir qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Nazir həmçinin, hər iki ölkənin Fövqəladə Hallar Nazirlikləri arasında mövcud əməkdaşlıq əlaqələrindən razılığını ifadə edib.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və gələcəkdə ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA