Rəsul Quliyev Milli Şuranı tərk edir

img

25-08-2013 [20:03]


Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Milli Şuradan gedir. Virtualaz.org saytının məlumatına görə, eks-spiker Rəsul Quliyevin Partiyası sabah Milli Şuradan çıxacaq. Bu barədə məlumat verən mənbə bildirib ki, partiya artıq öz qərarını verib.

Mənbə qeyd edib ki, ACP Milli Şuradan getməklə bağlı qərarının avqustun 26-da açıqlayacaq. Rəsul Quliyevin partiyası Milli Şuranı tərk etdikdən sonra prezident seçkilərində iştirakla bağlı boykot qərarını verəcək.

Qeyd edək ki, Milli Şuranın avqustun 23-də keçirilən sessiyasında qurumun prezidentliyə ikinci (ehtiyat) namizədi olaraq Cəmil Həsənli seçilmişdi. Sessiyada iştirak edən ACP sədri Sülhəddin Əkbər bu qərarla razılaşmadıqlarını və C.Həsənlinin namizədliyinə səs verməyəcəklərini bildirmişdi.

Rəsul Quliyev də Cəmil Həsənlinin namizədliyini qəbul etməyərək bu seçimin uğursuz olduğunu bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA