ASAIF Bakı forumunu keçirəcək

img

24-08-2013 [16:26]


ASAIF növbəti dəfə möhtəşəm bir foruma hazırlaşır. Belə ki, bu ASAIF-in artıq XI ənənəvi yay forumudur. Bu fikirləri Gün.Az-a açıqlamasında ASAIF-in sədri Ramin Həkimov deyib.

Onun sözlərinə görə, bu forumun formatı digər forumlardan fərqlənir: "Digərlərindən fərqli olması və gəncləri daha çox cəlb etməsi üçün ASAIF-in bu forumunda çox çalışdıq ki, formatda müəyyən dəyişikliklər olsun. Belə ki, gənclər üçün daha çox karyera yönümlü bir forum olsun. Nəticədə gənclərimiz suallara cavab tapsınlar, həmçinin, işlə təmin oluna bilsinlər”.

R.Həkimov deyir ki, forumda müxtəlif panel müzakirələri olacaq:

"Belə ki, burada olacaq mövzular digərlərindən fərqlidir. Həmçinin, iştirak edən kontingent də bir qədər fərqlidir. Deyim ki, forum 45 ölkədən çox olan 600 nəfərdən artıq gəncin iştirakı ilə baş tutacaq. Əsas yeniliklərdən biri də bu il "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xaricdə Təhsili üzrə Dövlət Proqramı” ilə qəbul olub xaricdə təhsil alacaq olan gənclərin seçim prosesindən azad şəkildə birbaşa foruma dəvətli olmasıdır”.

ASAIF sədri vurğulayıb ki, forumun rəsmi hissəsi 30-31 avqustda Bakıda, Alov Qüllələrinin (Flame Towers) birində yerləşən Fairmont Baku Hotelində baş tutacaq, qeyri-rəsmi hissəsi isə 1 sentyabrda gənclərin Azərbaycanın şəfalı guşələrindən birinə səfəri ilə başa çatacaq.

"Forumun keçirilməsində əsas məqsəd tələbə və məzunlar arasında şəbəkələşmə prosesini gücləndirmək, xaricdə məzun olmuş gənclərin məzun olacaq insanlarla təcrübə mübadiləsi aparmasıdır.

Həmçinin, əldə edilən uğurlar barəsində gənclərin məlumatlandırılması, xüsusilə təhsil sahəsində aparılan yeni strategiya ilə gənclərin dolğun informasiya ilə təmin olunması, diaspora və lobbiçilik fəaliyyətində yeni istiqamətlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların xarici ölkələrdə təbliğ olunması və ələlxüsus gəncləri dinləmək”.

R.Həkimov bildirib ki, forumun qonaqları gənclər və idman nazirliyindən, təhsil nazirliyindən, mədəniyyət və turizm nazirliyindən, Xarici İşlər Nazirliyinin nümayəndəsi, Prezident Administrasiyasından, Dövlət Neft Fondundan, Prezident yanında Strateji Araşdırmalar Mərkəzindən, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, digər dövlət qurumlardan nümayəndələr, millət vəkilləri və özəl sektor nümayəndələri iştirak edəcəklər.

"Gənclər forumun proqramı ilə və panellərdə müzakirə olunacaq mövzularla yaxın zamanda tanış olacaqlar. Forumun qeydiyyatından keçmək üçün bulinkdənərizə formasını doldura bilər və summerforum2013@asaif.org elektron ünvana göndərə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA