Cəmil Həsənli Milli Şuranın ehtiyat vahid namizədi oldu

img

23-08-2013 [18:04]


"On beş gün bundan əvvəl ayrı situasiya idi, indi də ayrı. Zaman, tale də Milli Şuranı sınaq qarşısında qoyub”. Bu sözləri Cəmil Həsənli bir neçə gün öncə namizədlikdən imtina etməsi ilə bağlı suala cavab verərkən deyib:

"Mənim vicdanım qəbul etmədi. Mən Rüstəm bəydən daha çox müxalifətçi olmuşam. Yaraşdırmaram ki, o, ziyalı kimi gəlsin bu düşərgədə olsun, mən yox. Bunu özümə icazə vermərəm. Bu gün də hesab edirəm ki, hakimiyyət məsələsi kitab yazmaq qədər asan deyil. Bunun ağırlığı, məsuliyyəti var. Milli Şuranın sədri Rüstəm bəyin təkidli xahişlərini, Mili Şurada təmsil olunan dostlarımın bu məsuliyyəti mənimlə bölüşəcəyini nəzərə alıb, buna vəd verdiklərini nəzərə alıb, bu missiyanı yerinə yetirmə qərarına gəldim”.

Hazırda səsvermə keçirilir. Səsvermədə 75 nəfər iştirak edir. Cəmil Həsənlinin 73 lehinə, 1 nəfər əleyhinə səs verib, 1 nəfər isə birtərəf qalıb. Beləliklə Milli Şuranın yeni ehtiyat namizədi Cəmil Həsənli seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA