Azərbaycanda 57 nəfər toyda zəhərləndi

img

23-08-2013 [13:53]


Avqustun 22-də Siyəzən rayon Mərkəzi Xəstəxanasına qidadan zəhərlənmə ilə 57 nəfər Şabran rayonunun Ağbaş kənd sakinləri gətirilib.

MİA DİN-in saytına istiandən xəbər verir ki, onlardan 15-i kişi, 24-ü qadın və 18-i uşaq olub. İlkin araşdırmalar zamanı həmin şəxslərin avqust ayının 21-də Siyəzən rayonu ərazisindəki şadlıq sarayında keçirilmiş toy məclisində qidadan (paytaxt salatı) zəhərlənmələri müəyyən edilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA