Məzahir Pənahov: "Digər dövlət qarşısında öhdəliyi olan şəxslər prezidentliyə namizəd ola bilməz"

img

23-08-2013 [13:04]


"Seçki prosesi çox ciddi iş olduğundan beynəlxalq qurumlar və yerli nümayəndələr tərəfindən bu işə böyük maraq var”. Modern.az-ınməlumatına görə bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, seçkilərdə dünya standartlarına uyğun ümumi yanaşma mövcuddur.

O qeyd edib ki, seçkidə xoşa gəloməz hallar olarsa bunu şişirtməyə meylli qüvvələr də oloacaq. "Bu həm xaricdən həm də daxildən olacaq. Bu təbii bir haldır. Çünki istənilən ölkə bu məsələ ilə qarşılaşır”-deyən MSK sədri Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovla bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, ikili vətəndaşlıqla bağlı Konstitusiyadakı müddəlar nəzərə alınır. "MSK üçün namizədin kimliyinin önəmi yoxdur. Hər şey qanun çərçivəsində tənzimlənir. "Digər dövlət qarşısında öhdəliyi olan şəxslər prezidentliyə namizəd ola bilməz. Bizə Rüstəm İbrahimbəyovun sənədləri dünən daxil olub. Beş gün ərzində onun sənədlərinə baxılacaq və bundan sonra MSK-nin qərarı açıqlanacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA