22-08-2013 [15:59]
Milli Şuranın bir qrup üzvü avqustun 22-də müraciət yayıb. Müraciətdə deyilir: Demokratik Qüvvələrin Milli Şurasının son iki sessiyasında qurumun üzləşdiyi yeni vəziyyət, yəni prezidentliyə vahid namizəd Rüstəm İbrahimbəyovun seçkidə iştirakı ilə bağlı problemin ortaya çıxması müzakirə edilib və əksəriyyət Milli Şuranın seçkiyə vahid namizədlə getməsi barədə mövqe bildirib. Bu mövqe 19 avqust tarixli sessiyada keçirilən müzakirələrdə və səsvermədə də özünü açıq şəkildə göstərib. AXCP və Müsavat Partiyası, ziyalılar, gənclər, hətta rəhbərləri əks mövqe sərgiləyən digər partiyaların təmsilçiləri də ehtiyat vahid namizəd konsepsiyasını dəstəkləyiblər və hesab ediblər ki, yeni namizəd təcili müəyyənləşməli, Rüstəm İbrahimbəyovun seçkidə iştirakı reallaşmayacağı halda Milli Şura yeni vahid namizədlə seçkidə iştirakını hökmən təmin etməlidir.
Bizim mövqeyimizə görə, digər yol, yəni quruma daxil olan təşkilatların öz namizədləri ilə seçkiyə getməsi Milli Şuranın fəlsəfəsinə, prinsiplərinə və məramına uyğun deyil. Eyni zamanda bu yol seçkidə uğur vəd etmir və Milli Şuranın özünün mövcudluğunu təhlükə altına salır.
Milli Şura vaxt itirmədən yenidən toplanmalı və ehtiyat vahid namizədin kimliyi barədə qərar verməli idi. Çünki seçkidə iştirakı təmin etmək üçün çox az vaxt qalıb və itirilmiş hər gün bizi uğursuzluğa yaxınlaşdırır. Lakin avqustun 21-də Milli Şuranın gözlənilən sessiyası baş tutmadı və qurumda iştirak edən siyasi partiya rəhbərləri növbəti sessiyanın avqustun 26-da keçirilməsi barədə razılığa gəldilər.
Biz sessiyanın bu qədər ertələnməsini vaxt azlığına və qeyri-müəyyənliyin davam etməsinə görə çox təhlükəli və olduqca riskli hesab edirik. Bu yanlış razılaşmanı müzakirə edərkən qurumun müstəqil üzvlərinin - ziyalıların, vətəndaş cəmiyyəti fəallarının, gənclər təşkilatlarının və hətta bəzi siyasi partiyaların iştirakının təmin edilməməsini də pisləyirik.
Bizlər EL Hərəkatı, ACP, ALP və KXCP-nin bu məsələdə tutduğu mövqeyi qınayır və anlamırıq. Biz 19 avqust tarixində müxtəlif namizədlərlə seçkiyə getməyə hazır olan və bu məqsədlə hazırladıqları memorandumu Milli Şurada müzakirəyə çıxaran qüvvələrin sessiyada vahid namizədlə bağlı iradə ilə qarşılaşdıqdan sonra yekun qərarın qəbulunu bir həftə ertələməsinin səbəbinə izah tapa bilmirik. Eyni zamanda bu günədək mövqelərinin lehinə səsləndirdikləri yeganə arqument kimi bir ehtiyat vahid namizədin irəli sürülməsinin Rüstəm İbrahimbəyovun namizədliyinə kölgə salacağı halda bir neçə namizədin bunu etməyəcəyi ilə bağlı məntiqini anlamaqda çətinlik çəkirik. Təəssüf ki, bu partiya rəhbərləri konsensusu əsas gətirərək Milli Şuranın seçkidə iştirakı ilə bağlı qeyri-müəyyən və səbəbləri kifayət qədər qaranlıq olan durumu davam etdirir, qurumun yeni vahid namizədinin müəyyənləşməsini əngəlləyirlər.
Bununla belə, həmin qurumları və Milli Şuranın bütün üzvlərini yaranmış durumu gerçəkliklə dəyərləndirməyə və bizim narahatlığı anlamağa çağırırıq. Biz Milli Şuranın növbəti sessiyasının avqustun 26-da keçirilməsini ciddi gecikmə hesab edirik, eyni zamanda həmin gün də qəti qərarın veriləcəyinə əmin deyilik. Xatırlatmaq istəyirik ki, Milli Şuranın yeni vahid namizədi, kimliyindən asılı olmayaraq, Rüstəm İbrahimbəyovun vətəndaşlıq problemi həll olunacağı təqdirdə öz namizədliyini geri götürəcək. Bu halda özümüzü ağır seytnota salmağın mənası bizim üçün qaranlıqdır.
Biz hesab edirik ki, Milli Şuranın sessiyası təcili çağırılmalı, yeni vahid namizədin müəyyənləşməsinə qərar verilməli, qurumun seçkidə iştirakını sual altına qoyan vəziyyət aradan qaldırılmalıdır.
Biz dəyərli Milli Şura üzvlərini xalqımız qarşısında üzərimizə götürdüyümüz çətin və şərəfli missiyanın məsuliyyətini dərk etməyə, Milli Şuranı seçkidən və siyasi proseslərdən kənar vəziyyətə salan duruma son qoymağa çağırırıq. Əks halda itirəcəyimiz etimadı bərpa etməyimiz çətin olacaq.
İmza atanlar:
Arif İsmayılbəyli
Cəmil Hacıyev
Felmar Ələkbərli
Fuad Ağayev
Gültəkin Hacıbəyli
Leyla Əliyeva
Namizəd Səfərov
Mehman Əliyev
Mehriban Vəzir
Məcid Məcidli
Mirvari Qəhrəmanlı
Ramin Hüseynov
Rövşən Almuradlı
Samir Əsədli
Şahvələd Çobanoğlu
Ülvi Həsənli
Vidadi Mirkamal.
/mediaforum.az/
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi