Eldar Mahmudova müraciət olundu

img

22-08-2013 [15:40]


"Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi "Azadlıq” və "Yeni Müsavat” qəzetlərinin saytına haker hücumuna görə milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, son bir ildə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin saytlarına, eləcə də elektron xəbər resurslarına haker hücumları olur: "Bu baxımdan 2013-cü ilin avqust ayının ilk ongünlüyündən başlayaraq "Azadlıq” və "Yeni Müsavat” qəzetlərinin saytına olan hücumları göstərmək mümkündür. Hər iki kütləvi informasiya vasitəsinin elektron resurslarına edilən hücum müəyyən dairələrdə ölkədə söz və ifadə azadlıqlarını məhdudlaşdırmaq cəhdi kimi də qiymətləndirilməkdədir. Prezident seçkisi kimi taleyüklü həssas hadisənin yaxınlaşdığı bir dönəmdə belə münasibətin meydana çıxması Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərir, ölkədə son illər media sahəsində reallaşdırılmış məqsədyönlü kompleks tədbirlərin əhəmiyyətinə kölgə salır. Kiber cinayətləri həyata keçirənlərin tezliklə tapılaraq məsuliyyətə cəlb edilmələrinin təmin olunması bu kimi xoşagəlməz qiymətləndirmələrə rəvac verən amillərin aradan qaldırılması baxımından da önəmlidir”.
Müraciətdə MTN rəhbərindən "Azadlıq” və "Yeni Müsavat” qəzetlərinin saytına haker hücumu ilə bağlı məsələni diqqətdə saxlamaq, günahkarların tezliklə tapılaraq qanun qarşısında dayanmaları üçün bütün zəruri vasitələrdən istifadə xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA