Oqtay Şirəliyev: Azərbaycanda 300-ə yaxın stasionar müəssisə bağlanıb

img

22-08-2013 [15:04]


"İslahatlar nəticəsində Azərbaycan üzrə 300-ə yaxın (40 faiz) stasionar müəssisə bağlanıb". Bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Yeni Azərbaycan Partiyasının saytına verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, respublika üzrə çarpayı fondu orta hesabla 50 faiz və ya 30 600 çarpayı ixtisar edilib (67400-dən 36200-dək).

Nazir bildirib ki, 2005-ci ildən başlayaraq Səhiyyə Nazirliyinin müvafiq əmri ilə stasionar müəssisələrin, eləcə də ambulator xəstələrin dərman preparatları ilə təmin olunması üzrə zəmanətli paket hazırlanaraq təsdiq olunub. Sonrakı illərdə bu paketə daxil olan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısı genişləndirilərək 60-dan 166-ya çatdırılıb.

Büdcə vəsaitlərinin daha səmərəli istifadə edilməsinə nəzarətin təmin edilməsi, eləcə də səhiyyə resurslarının kooperasiyası məqsədilə 2008-ci ildən Bakı şəhəri üzrə 17 mərkəzləşdirilmiş təchizat məntəqəsi yaradılmışdır ki, bunlar Bakının bütün xəstəxanaların dərman və ərzaqla təchizatını mərkəzləşdirilmiş qaydada həyata keçirirlər.

Nazirin sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən "Sağlam həyat uğrunda” devizi altında 3 milyondan artıq müayinə aparılıb. Elmi Cərrahiyyə Mərkəzində 2011-ci ilin mart ayından açıq ürək əməliyyatlarının icrasına başlanılıb. Keçən dövr ərzində Mərkəzdə böyüklər və uşaqlar üzərində 700-ə yaxın əməliyyat həyata keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA